
BAKI, 12 mart. TELEQRAF
Avropa İttifaqı (Aİ) Azərbaycan üçün ən güclü bazardır.
Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko deyib.
“2024-cü ildə Azərbaycan ixracatının 63,3%-i Aİ üzv ölkələrinə həyata keçirilib. Ümumilikdə, Aİ Azərbaycanın xarici ticarətində 41%-dən çox payla aparıcı ticarət tərəfdaşı olaraq qalır”, - diplomat bildirib.