
BAKI, 12 mart. TELEQRAF
Bu ilin yanvar-fevral ayında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 3 milyard 122,9 milyon manatdan çox vergi daxil olub.
Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, qeyri-neft-qaz sektorundan daxilolmalar 2 milyard 114,1 milyon manatdan çox təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 204,7 milyon manata yaxın və ya 10,7 faiz artıb.
Qeyd edək ki, ödənilən vergilərin 67,7 faizi qeyri-neft-qaz sektorunun, 32,3 faizi isə neft-qaz sektorunun payına düşüb.