BAKI, 12 mart. TELEQRAF
ABŞ-nin Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2025-2026-ci illər üçün neft və digər maye karbohidrogenlərin gündəlik hasilatı üzrə proqnozunu açıqlayıb.
Teleqraf xəbər verir ki, Administrasiya 2025-ci ildə ölkədə gündəlik neft hasilatının orta hesabla 630 min barel səviyyəsində olacağını proqnozlaşdırıb.
Administrasiyanın hesabatına görə, cari ildə illik hasilat orta hesabla 229,95 milyon barel olacaq.
EIA 2026-cı ildə hasilatın 610 min barel səviyyəsində olacağını hesablayıb. Bu göstəriciyə görə, növbəti ildə illik hasilat 222,65 milyon barel olacaq.
Qeyd edək ki, Administrasiya 2024-cü ildə neft və digər maye karbohidrogenlərin hasilatının gündəlik 600 min barel səviyyəsində olduğunu qeyd edib.