
BAKI, 12 mart. TELEQRAF
Bu ilin martın 1-nə olan göstəriciyə görə, bağlanmış əmək müqavilələrinin sayı 1 milyon 862 min 981 təşkil edib.
Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, bu rəqəm 2019-cu ilin əvvəli ilə müqayisədə 461.066 vahid artıb
Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 435.264 vahid artaraq 975.186 təşkil edib.
Qeyd edək ki, bu müqavilələrrin bağlanması Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində həyata keçirilir.