BAKI, 12 maart. TELEQRAF

Bu ilin yanvar-fevral aylarında Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 8.950 şəxs qəbul edilib.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri irlə bağlı 12 153 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 59,7 faiz çoxdur.

Ümumi xidmətlərin 94 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.

Əlavə olaraq, ötən iki ayda vergi ödəyicilərinə 247.759 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 16 görüş keçirilib, 96 sayda ünvanlı xidmət göstərilib.

Eyni zamanda, yanvar-fevral aylarında 628 müraciət üzrə 1.055 Asan İmza sertifikatı verilib.