
BAKI, 8 mart. TELEQRAF
Bu ilin fevral ayında Türkiyədən Azərbaycana ixrac olunan məhsullar sırasında ilk yerdə kimyəvi maddə və məhsullar qərarlaşıb.
Teleqraf Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, fevralda Türkiyədən Azərbaycana 38 milyon 756.04 min dollar dəyərində kimyəvi maddə və məhsullar ixrac edilib.
Bu, ötən ilin fevral ayı ilə müqayisədə 10,3 faiz azdır. Ötən ilin fevralında 43 milyon 183 min dollar dəyərində bu cür məhsullar ixrac edilmişdi.
İlin ilk 2 ayının müqayisəsində isə cüzi artım olub. Belə ki, bu ilin yanvar-fevral aylarında ötən ilin ilk 2 ayı ilə müqayisədə 0,4 faiz çox – 79 milyon 128.26 min dollar dəyərində Türkiyədən Azərbaycana kimyəvi maddə və məhsullar ixrac edilib.