BAKI, 8 mart. TELEQRAF

"ABŞ hökuməti təxminən 200.000 bitkoin saxlayır".

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Donald Tramp kriptovalyutalara həsr olunmuş forumda bildirib.

"Bu vəsaitlər yeni federal ehtiyatın əsasını təşkil edəcək", - Tramp deyib.

Trampın sözlərinə görə, Amerika hökuməti bitkoinlərin ən böyük sahibləri arasındadır və onları satmaq niyyətində deyil.

"İndiyə qədər bu, düzgün yanaşma olub", - ABŞ prezidenti deyib.