BAKI, 8 mart. TELEQRAF

ABŞ Almaniya və Finlandiya ilə əməkdaşlıq edərək Rusiyada yerləşən "Garantex" kriptovalyuta birjasının serverlərini sıradan çıxarıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, serverlərin ələ keçirilməsi zamanı Rusiyanın 26 milyon dollar dəyərində aktivləri dondurulub.

“Əlaqələndirilmiş iş çərçivəsində Almaniya və Finlandiyanın hüquq-mühafizə orqanları "Garantex" əməliyyatlarının yerləşdiyi serverləri ələ keçirib. ABŞ hüquq-mühafizə orqanları eyni vaxtda müştəri və mühasibat məlumat bazaları da daxil olmaqla "Garantex" serverlərinin əvvəlki nüsxələrini əldə ediblər”, - məlumatda qeyd deyilib.

ABŞ Ədliyyə Departamentinin məlumatına görə, əməliyyatın məqsədi “Garantex"i idarə etmək üçün istifadə edilən onlayn infrastrukturu söndürmək” olub. ABŞ səlahiyyətliləri əməliyyatın kriptovalyutanın beynəlxalq cinayətkar qruplar tərəfindən qeyri-qanuni pul vəsaitlərinin yuyulması və sanksiyalardan yayınması üçün istifadə edildiyi üçün həyata keçirildiyini qeyd edib.

Bundan əlavə, iki valyuta mübadiləsi inzibatçısı - litvalı Aleksey Beşçokov və rusiyalı Aleksandr Mir Serdeyə qarşı çirkli pulların yuyulması ittihamı irəli sürülüb.