
BAKI, 8 mart. TELEQRAF
Çin Kanadanın oktyabrda tətbiq etdiyi rüsumlara cavab olaraq bu ölkənin 2,6 milyard dollar dəyərində kənd təsərrüfatı və qida məhsullarına tariflər tətbiq etdiyini elan edib.
Teleqraf xəbər verir ki, rüsumlar ölkənin Ticarət Nazirliyi tərəfindən açıqlanıb.
Rüsumlar martın 20-də qüvvəyə minəcək.
Qeyd edək ki, Kanada dörd ay əvvəl Çində istehsal olunan elektrik avtomobillərinə, polad və alüminium məhsullarına idxal vergiləri tətbiq edıb.
"Kanadanın tədbirləri Dünya Ticarət Təşkilatının qaydalarını ciddi şəkildə pozur, proteksionizmin tipik nümunəsidir. Çinin qanuni hüquq və maraqlarına ağır zərər vuran ayrı-seçkilik xarakterli addımlardır", – deyə Çin Ticarət Nazirliyinin bəyanatında bildirilib.
Qeyd edək ki, Çin Kanadanın 1 milyard dollardan bir qədər çox dəyəri olan kolza yağı, yağlı tortlar və noxud idxalına 100% tarif, 1,6 milyard dollar dəyərində olan su məhsulları və donuz ətinə isə 25% rüsum tətbiq edəcək.