BAKI, 7 mart. TELEQRAF

Amerika Birləşmiş Ştatlarının Rusiyadakı Ticarət Palatasının (AmCham Russia) rəhbəri Robert Eyci Ukrayna üzrə sülh sazişi bağlanacağı halda, ABŞ-dən bir neçə şirkətin bu il Rusiyada fəaliyyətini bərpa edə biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, əsasən gündəlik tələbat malları (FMCG) sektoruna aid 4-5 şirkət qayıda bilər.

Eyci qeyd edib ki, bəzi şirkətlər bazara maraq göstərir, hüquqşünasları vasitəsilə vəziyyəti izləyir, lakin kütləvi geri dönüş gözlənilmir.

O bildirib ki, geri alma opsiyası olan və ya nümayəndəliyini saxlayan şirkətlər üçün proses daha asan olacaq, lakin aktivlərini tamamilə satanlar üçün geri qayıtmaq çətin olacaq.

Bununla belə, Eyci sülh sazişi olmadan heç bir ABŞ şirkətinin Rusiyaya qayıtmaq niyyətində olmadığını vurğulayıb. O, həmçinin bəzi Qərb şirkətlərinin əvəz olunmasının çətin olduğunu qeyd edərək, "Boeing" və "Cisco Systems" kimi brendlərin bazardakı boşluğunu doldurmağın asan olmadığını bildirib.

2022-ci ildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra ABŞ, Böyük Britaniya və Aİ tərəfindən Moskvaya qarşı genişmiqyaslı sanksiyaların tətbiqindən sonra bu ölkəni tərki ediblər.

Proses ərzaq satıcılarından və kütləvi istehlak mallarından tutmuş ödəniş sistemləri, İT sektorunda fəaliyyət göstərən şirkətlərə qədər biznesin müxtəlif sektorlarını əhatə edib.

2022-ci ilin payızında Sosial Tədqiqatlar Mərkəzinin tədqiqatçıları ABŞ şirkətlərinin Rusiyadakı itkilərini dəyər baxımından 102 milyard dollar qiymətləndiriblər. Bəzi mənbələrdə isə bu rəqəm 300 milyard dollardır.