BAKI, 8 mart. TELEQRAF

Ötən ay qeyri-neft sektoru üzrə dövlətə məxsus ən böyük ixracatçı subyeketlərin tərkibində dəyişiklik baş verib.

Teleqraf xəbər verir ki, "Suraxanı Maşınqayırma Zavodu" eləcə də “Azəripək" ASC ən böyük ixracatçıların daxil olduğu onluğu tərk ediblər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı "İxrac İcmalı"da bu şirkətləri “Avia-Aqreqat Zavodu” MMC və “Qaradağ Şüşə Zavodu” ASC əvəzləyib.

Qeyd edək ki, “Avia-Aqreqat Zavodu” MMC və “Qaradağ Şüşə Zavodu” ASC 2024-cü ilin müvafiq dövründə xaricə mal satmayblar. "Suraxanı Maşınqayırma Zavodu" ASC isə 2024-cü ildə 695 min manat, “Azəripək" ASC 588,4 min manat ixrac reallaşdırıb. "Azəripək"in ixracı bir əvvəlki illə müqatisədə 3 dəfə azalıb.

Məlumat üçün bildirək ki, bir zamanlar "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin tərkibində olan "Azəripək" bu qurum ləğv edildikdən sonra hüquqi formasını dəyişib. Məhdud Məsuliyyətli Cəmiyyətdən Açıq Səhmdar Cəmiyyətinə çevrilib. Eləcə də müəssisənin direktoru Səməd Nəbiyev işdən azad edilib. Şirkətə rəhbərlik Anar Dadaşova həvalə olunub. ASC-nin nizamnamə kapitalı 11 703 379.17 manatdan 14 856 668 manata çatdırılıb.