BAKI, 8 mart. TELEQRAF

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,89 ABŞ dolları, yaxud 2,63 % artaraq 73,85 ABŞ dolları təşkil edib.

Teleqraf xəbər verir ki, Azərbaycan neftinin əvvəlki qiyməti 71,96 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.