
BAKI, 7 mart. TELEQRAF
Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı rəqəmlərə əsasən, fevralda ərzaq inflyasiyası aylıq 3,2% təşkil edib.
Teleqraf xəbər verir ki, hesabat dövründə dünya ərzaq qiymətləri indeksi 1,6% yüksəlib.
Beləliklə, qonşu ölkədə ərzaq qiymətlərindəki artım qlobal göstəricidən iki dəfə yüksək olub.
Onu da qeyd edək ki, Türkiyədə illik ərzaq inflyasiyası 35,11% təşkil edib.