
BAKI, 7 mart. TELEQRAF
Şirvan şəhəri, Naxçıvan küçəsində 8,11 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksinin sahəxarici və sahədaxili qaz təminatı işlərinin görülməsi ilə bağlı tenderin qalibi açıqlanıb.
Teleqraf xəbər verir ki, sifarişçisi Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) olan tenderin qalibi "ENERGY SERVICE GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Qalib şirkətlə 1 milyon 509 min 75 manatlıq müqavilə imzalanıb.
Qeyd edək ki, müvafiq işlərin görülməsinə yanvarın 22-də başlanılıb, gələn ilin yanvarına qədər isə bitməyi planlaşdırılır.