
BAKI, 7 mart. TELEQRAF
İqtisadiyyat naziri Mikayıl Cabbarov "Yaşıl" təyinatlı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) istiqrazlarının abunə yazılışının yekunlaşması ilə bağlı tədbirdə iştirak edib.
Teleqraf xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Nazir qeyd edib ki, Azərbaycan daim qlobal iqlim gündəliyinə sadiqliyini nümayiş etdirir:
“Yaşıl istiqrazlarla bağlı layihə də iqlim təhlükəsizliyinə töhfə verən COP29 irsinin uğurlu davamıdır. Layihə ölkəmizdə innovativ texnologiyaların tətbiqi və enerji səmərəliliyinin artırılmasına xidmət edəcək.
İstiqrazlara marağın yüksək olması SOCAR-ın beynəlxalq investorlar qarşısında etibarlı tərəfdaş mövqeyinin bariz təzahürüdür”.