BAKI, 8 mart. TELEQRAF

"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti qarşıdakı bir ildə 1.041.255,6 manata əI xalçalarının toxunması toxunması üçün lazım olacaq əsas (xov) və köməkçi (əriş və arağac) saplar alacaq.

Teleqraf xəbər verir ki, bununla bağlı müəssisə "Azəripək" ilə müqavilə bağlayıb.

Malların çatdırılma müddəti bu ilin martından növbəti ilin müvafiq dövrünə qədərdir.

Qeyd edək ki, "Azərxalça" eyni zamanda ipək və yun tərkibli iplərin boyanması xidmətinin satın alınmasına 190.500,00 AZN xərcləməyi planlaşdırır.

Xatırladaq ki, müəssisənin 2022-ci ildə açıqladığı son audit hesabatına əsasən, gəlirləri 2021-cü illə müqayisədə azalıb. Əmliyyat zərəri isə 4 milyon 766 min 446 manat təşkil edib. Qurum hesabat ilini 3 milyon 376 min 661 manat zərərlə başa vurub.

"Azərxalça"nın 15 milyon manatlıq nizamnamə kapitalı Azərbaycan hökumətinə məxsusdur. Şirkət xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini yerinə yetirir.