BAKI, 8 mart. TELEQRAF

Macarıstan iqtisadiyyatı Ukraynadakı münaqişə səbəbindən 20 milyard avro itirib.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban Ticarət və Sənaye Palatasında çıxışı zamanı bildirib.

V.Orban qeyd edib ki, bu, ciddi itkidir. O, həmçinin əlavə edib ki, Avropa İttifaqının Ukraynaya hərbi və maliyyə yardımı, eləcə də sözügedən ölkənin birliyə qoşulması ilə bağlı planları həyata keçərsə, bu, böyük iqtisadi problemlərə yol açacaq:

"Avropa İttifaqı hazırkı planlara uyğun olaraq Ukrayna ordusunu və dövlətini maliyyələşdirmək istəyəcək. Eyni zamanda birliyə daxil olmasını sürətləndirməyə çalışacaq. Əminəm ki, Brüsselin bu qərarı Avropa iqtisadiyyatını çökdürəcək", deyə Orban fikrini tamamlayıb.