
BAKI, 1 mart. TELEQRAF
Bakı Gəmiqayırma Zavodunda inşa olunan “Azərbaycan” gəmi-bərəsi ilə ötən 4 ildə 1214 vaqon, 23 883 yük maşını, 3844 minik avtomobili, 23 739 sərnişin daşınıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”dən Teleqraf-a verilən məlumata görə, “Azərbaycan” gəmi-bərəsinin uzunluğu 154,50, eni 17,7, bortunun hündürlüyü isə 7,5 metrdir.
Hazırda yükgötürmə qabiliyyətinə görə Xəzərdəki mövcud bərələrdən böyük olan bu gəmi 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.
Qeyd edək ki, unikal dizayna malik bu gəmi-bərə “Baird Maritime” tərəfindən 2021-ci ilin ən yaxşı gəmi-bərəsi seçilib. RINA-nın hazırladığı 2021-ci ilin mühüm gəmiləri (Significant Ships of 2021) siyahısında isə dünya üzrə 50 gəmidən biri olub.