
BAKI, 1 mart. TELEQRAF
Avropa Ukraynada müharibəni daha bir il uzatmağı və bununla Rusiyanı zəiflətməyi nəzərdə tutur.
Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
Dövlət katibinin sözlərinə görə, bu barədə ona adını açıqlamaq istəmədiyi bir Avropa ölkəsinin xarici işlər naziri məlumat verib.
“Mən soruşdum ki, Avropanın müharibəni bitirmək üçün planı nədir? Bir Avropa ölkəsinin xarici işlər naziri mənə cavab verdi, kim olduğunu deməyəcəyəm, amma o, dedi ki, plan müharibənin bir il də davam etdirilməsidir. Məqsəd Rusiyanın o qədər zəifləməsidir ki, sülh istəsin. Məncə, bu, çox da realist plan deyil”, — dövlət katibi qeyd edib.