BAKI, 1 mart. TELEQRAF

Fevralın sonuna Avropada qazın orta qiyməti 5% artaraq min kubmetr üçün 517 dollar təşkil edib.

Teleqraf bu barədə ICE birjasının məlumatlarına istinadən xəbər verir.

Xammalın maya dəyərinin artmasına Avropa anbarlarından qazın yüksək templə çıxarılması, külək enerjisi istehsalının payının aşağı olması səbəb olub.

Avropa Qaz Ötürmə Sistemləri Operatorları Şəbəkəsinin məlumatlarina görə, “Türk axını” qaz kəməri ilə Avropaya tədarük edilən Rusiya qazının həcmi rekord nəticə göstərib. Fevralın 10-dan 16-dək olan müddətdə 396 milyon kubmetrdən artıq qaz verilib. Ötən həftə təhcizat rekord həddə - 392 milyon kubmetrə çatıb.