
BAKI, 1 mart. TELEQRAF
İtaliyanın “Komo” klubunun baş məşqçisi Sesk Fabreqas karyerasını “Milan”da davam etdirə bilər.
Teleqraf “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 37 yaşlı ispaniyalı mütəxəssis “rossoneri”lərin hazırki baş məşqçisi Serxio Konseysaunu əvəz etməyə əsas namizəddir.
Milan təmsilçisinin rəhbərliyi Fabreqasla yanaşı Mauritsio Sarri və Roberto de Zerbi variantını nəzərdən keçirir.
Qeyd edək ki, “Milan” 26 turdan sonra 41 xalla A Seriyasının turnir cədvəlində 8-ci yerdədir, Fabreqasın rəhbərlik etdiyi "Komo" isə 28 xalla 13-cüdür.