BAKI, 1 mart. TELEQRAF

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla bu gün telefon danışığı zamanı Ukrayna qüvvələrinin “Türk axını” qaz kəmərinə pilotsuz təyyarə hücumu barədə məlumat verib.

Teleqraf xəbər verir ki, Lavrov türkiyəli həmkarından Kiyev rejiminin "mülki infrastruktur obyektlərinə qarşı terror aktları törətmək cəhdlərinin qarşısını almaq üçün" Ankaranın mövcud imkanlarından istifadəsini xahiş edib.

“Fidan lazımi tədbirlərin görüləcəyinə təminat verib”, - məlumatda deyilir.

***

16:48

Türkiyə xarici işlər naziri Hakan Fidan ilə rusyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı Ukrayna münaqişəsi ətrafındakı vəziyyət müzakirə edilib.