
BAKI, 1 mart. TELEQRAF
Azərbaycanın xaricə pambıq mahlıcı ixracından gəliri azalıb.
Teleqraf xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda bildirilir ki, bu ilin yanvar ayında Azərbaycanın pambıq mahlıcı ixracı 9,2 milyon dollar olub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 milyon dollar 13,2% azdır.
2024-cü ilin yanvarında 10,6 milyon dollar dəyərində pambıq mahlıcı ixrac edilmişdi.