2025-ci ilin yanvarında “SOCAR Polymer" MMC-nin ixracı artıb.

Teleqraf xəbər verir ki, müəssisənin ixrac gəlirləri ilin ilk ayında 15,1 milyon dollar olub.

2024-cü ilin müvafiq dövründə bu rəqəm 14,5 milyon dollar təşkil edib.

“SOCAR Polymer" 2025-ci ilin yanvarında qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində ilk onluqda ikinci yerdə qərarlaşıb.

“SOCAR Polymer” 2013-cü ildə ölkənin kimya sənayesinin inkişafının sürətləndirilməsi məqsədi ilə təsis edilib. Şirkətin istehsalat obyektləri polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (YSPE) istehsal edən iki zavoddan ibarətdir. Həmin zavodlar Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində yerləşir. 184000 və 120000 ton illik istehsal gücünə malik olan PP və YSPE zavodları müvafiq olaraq 2018-ci ilin iyulunda və 2019-cu ilin fevralında istismara verilib.