BAKI, 28 fevral. TELEQRAF

Azərbaycanın pomidor ixracından qazancı azalıb.

Teleqraf xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda bildirilir ki, bu ilin yanvar ayında 14,7 milyon dollar dəyərində pomidor ixrac edilib.

Bu, ötən ilin yanvar ayı ilə müqayisədə 1,9 milyon dollar və ya 11 faiz azdır.

Ötən ilin yanvarında 16,6 milyon dollar dəyərində pomidor ixrac edilmişdi.