BAKI, 28 fevral. TELEQRAF

Türkiyə iqtisadiyyatında 2024-cü ildə 3,2 faiz artım qeydə alınıb.

Teleqraf xəbər verir ki, Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatına görə, 2024-cü ilin son rübündə illik artım 3 faiz təşkil edib. Beləliklə, proqnozlar özünü doğruldub.

Son rübdə əvvəlki rüblə müqayisədə artım isə 1,7 faiz olaraq qeydə alınıb.

2024-cü ildə Türkiyə iqtisadiyyatının həcmi 1,32 trilyon dollara yüksəlib.

Adam başına düşən ÜDM 2024-cü ildə cari qiymətlərlə 507 min 615 lirə (dollar ekvivalentində 15 min 463) hesablanıb.

Bununla da adambaşına gəlirdə rekord səviyyə qeydə alınıb.