BAKI, 1 mart. TELEQRAF
Martın 4-də Azərbaycan Teatr Xadimləri İttifaqında fəaliyyət göstərən laboratoriyaların "BAXIŞ - 5" festivalına start veriləcək.
Teleqraf xəbər verir ki, bu barədə İttifaq məlumat yayıb. Bildirilib ki, festival martın 7-nə kimi davam edəcək.
Festivalın ilk günü rejissor Anar Atakişiyevin quruluşunda "Motsart və Salyeri" tamaşası nümayiş olunacaq. Tamaşada rolları Əli Nurzadə, Məhəmməd Gülmalıyev oynayır.
Festivalın növbəti günlərində isə teatrsevərlər martın 5-də "Bir evlənmə təklifi", martın 6-da "Bir, iki, bizimki...", martın 7-də isə "Kişi və qadın" tamaşalarını izləyə biləcəklər.
Tamaşalar Azərbaycan Teatr Xadimləri İttifaqının Mustada Mərdanov səhnəsində oynanılacaq.
