BAKI, 1 mart. TELEQRAF

İstanbulda fevral ayında əvvəlki ayla müqayisədə pərakəndə satış qiymətləri 3,19 faiz, topdansatış qiymətləri isə 2,33 faiz artıb.

Teleqraf xəbər verir ki, istehlakçı qiymətləri indeksi fevral ayında keçən ilin eyni ayına görə 45,35% təşkil edib.

İstanbulda istehlakçı qiymətləri indeksi fevralda əvvəlki ayla müqayisədə müxtəlif mallar və xidmətlər qrupunda 4,14 faiz, restoran və otellər qrupunda 4,09 faiz, mənzil xərcləri qrupunda 3,93 faiz, qida və alkoqolsuz içkilər qrupunda 3,41 faiz, məişət malları xərcləri qrupunda 2,30 faiz artıb. Səhiyyə xərcləri isə 0,95 faiz azalıb.

İllik orta hesabla 2025-ci ilin fevral ayında qruplar üzrə artımlar müvafiq olaraq tikinti materiallarında 95,42 faiz, toxuculuqda 71,77 faiz, kimya məhsullarında 49,29 faiz, qida məhsullarında 46,39 faiz, yanacaq və enerjidə 39,52 faiz olub.