
BAKI, 28 fevral. TELEQRAF
Türkiyə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv ölkələr arasında ötən il ən sürətlə inkişaf edən İspaniya ilə birinci yeri bölüşüb.
Teleqraf xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.
Məlumata görə, 2024-cü ildə Türkiyə və İspaniyanın iqtisadi artım tempi 3,2%-ə çatıb. Onları 2,8% artımla ABŞ, 2,7% ilə Litva və 2,1% ilə Norveç izləyib.
İƏİT ölkələrinin son iqtisadi artım göstəricilərinə əsasən, Avstriyanın iqtisadiyyatı 1% kiçilib, Almaniyanın isə 0,2% azalıb.
G20 ölkələri arasında 2024-cü ildə ən sürətlə inkişaf edən iqtisadiyyat 5,03% artımla İndoneziya olub. Onu 5% artımla Çin və 4,1% ilə Rusiya izləyib.
Türkiyə və İspaniya G20-də eyni mövqeyi paylaşaraq, dördüncü yerdə qərarlaşıblar.
Qeyd edək ki, Hindistanın iqtisadiyyatının 6,4% böyüdüyü proqnozlaşdırılır ki, bununla da bu ölkə G20-də birinci yerdə qərarlaşacaq. Bununla belə, Türkiyə və İspaniya ilk beşlikdə qalacaq.