
BAKI, 1 mart. TELEQRAF
Ukrayna Fransaya Avropada dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlə silah istehsalı müəssisələri qurmağı təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
"Ukrayna tərəfi Fransaya Rusiya aktivlərindən əldə olunan faizlə maliyyələşdirilə biləcək bir neçə layihə təklif edib", — məlumatda deyilir.
Ukrayna Müdafiə Nazirliyi Parisə hava hücumları və raketlərə qarşı müdafiə sistemləri, eləcə də sursat və zirehli texnikaya ciddi ehtiyac olduğunu bildirib.