BAKI, 1 mart. TELEQRAF

Ağ Evdə Volodimir Zelenski ilə yaşanan qalmaqaldan sonra Donald Tramp milli təhlükəsizlik aparatına Ukraynaya silah tədarükünün dayandırılmasının mümkünlüyünü araşdırmağı tapşırıb.

Teleqraf xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzəti məlumat verib.

Nəşr qeyd edir ki, görüşdən qısa müddət sonra Tramp milli təhlükəsizlik əməkdaşlarına Ukraynaya silah tədarükünü müvəqqəti və ya tamamilə dayandırmağı araşdırmaq tapşırığı verib.

Xatırladaq ki, fevralın 28-də ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Ağ Evdə çox gərgin müzakirələr keçirilib.

Tramp və Zelenski Ukraynada nadir faydalı qazıntılarla bağlı müqavilə imzalamağı da planlaşdırırdılar, amma bu, baş tutmayıb.