BAKI, 1 mart. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski ilə Donald Tramp arasındakı mübahisəyə münasibət bildirməkdən imtina edib.

Teleqraf xəbər verir ki, jurnalistin sualını cavabsız qoyan baş nazir buna şərh verməyəcəyini deyib.

Xatırladaq ki, dünən axşam Ukrayna və ABŞ liderlərinin Ağ Evdə baş tutan görüşü mübahisə ilə yadda qalıb.

Gərgin keçən görüşdən sonra Tramp və Zelenskinin mətbuat konfransı ləğv edilib, Ukraynanın nadir metalları üzrə sazişin imzalanması təxirə salınıb.