
BAKI, 28 fevral.TELEQRAF
"Azəristiliktəchizat" ASC 7 qazanxananın yenidən qurulması və modernizasiyası üzrə tender elan edib.
Teleqraf dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, müsabiqənin ehtimal olunan qiyməti 266 min 382,35 AZN-dir.
Müsabiqədə iştirak haqqı 350 manatdır. Tenderlə bağlı təkliflərin son təqdim olunma tarixi aprelin 3-dür. Zərflərin də həmin gün açılması nəzərdə tutulub.
Xatırladaq ki, "Azəristiliktəchizat" ASC bundan öncə də 5 köhnə tipli qazanxananın təmiri üçün 185 min 409,29 manat dəyərində tender elan etmişdi.