BAKI, 1 mart. TELEQRAF

2024-cü ildə əvvəlki illə müqayisədə ixracını 7,1 milyon dollar və ya 6 faiz artıran "Azəralmünium" MMC-nin satış gəlirləri azalıb.

Teleqraf İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"ına istinadən xəbər verir ki, bu ilin ilk ayında şirkət 8,6 milyon dollar ixrac reallaşdırıb.

2024-cü ilin yanvar ayında şirkətin ixracı 11,2 milyon dollar təşkil edib.

Ayrıca şirkət 2025-ci ilin yanvarında qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində ilk onluqda dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, “Azəralüminium” MMC 2008-ci ildə yaradılıb. “Azəralüminium” MMC- nin də üzv olduğu "Azərbaycan Sənaye Korporasiyası" ASC Azərbaycan prezidentinin 27 dekabr 2024-cü il fərmanı ilə ləğv edilib və şirkət Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.