BAKI, 1 mart. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski artıq Böyük Britaniyadadır.
Teleqraf xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Bu gün onun Britaniya Baş naziri Kir Starmer ilə görüşü gözlənilir.
Martın 2-də isə Kir Starmer Londonda Avropa liderlərinin görüşünü təşkil edəcək. Məqsəd Ukrayna ilə bağlı sülh sazişinin həyata keçirilməsini təmin etməyin yollarını müzakirə etməkdir.