BAKI, 28 fevral. TELEQRAF
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (AİMKL) 2025-ci ilin yanvarında 8,9 milyon dollar dəyərində məhsul ixrac edib.
Teleqraf İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"ına istinadən xəbər verir ki, şirkətin ötən ilin eyni dövrü üzrə göstəricisi ilə müqayisədə təxminən 2537% artım olub.
Xatırladaq ki, şirkət 2024-cü ildə 338 min dollar dəyərində məhsul ixrac etmişdi. 2025-ci ildə şirkətin Azərbaycan nümayəndəliyinin ixracı 8,562 milyon dollar və ya təxminən 26,3 dəfə artıb. Bu göstərici ilə MMC qeyri-dövlət ixracatçı subyektlərinin ilk onluğunda ən çox ixrac edən şirkət olub.
Qeyd edək ki, AİMKL-in Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycanda qızıl və mis istehsalçısıdır. AİMKL 1997-ci ildə “R.V.Investment Group Services” ilə Azərbaycan Respublikası Hökuməti arasında imzalanmış Hasilatın Pay Bölgüsü Sazişinə uyğun olaraq 1998-ci ildə Gədəbəy, Qoşa, Ordubad Qrupu (Şəkərdərə, Misdağ, Ağyurt, Piyazbaşı, Diakçay), Söyütlü, Qızılbulaq və Vejnəli perspektivli qızıl yataqlarının kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü məqsədi ilə yaradılıb.