BAKI, 1 mart. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistin yolların açılması ilə bağlı Azərbaycana hansı təklifləri verdiyi sualına cavabında bildirib ki, hazırda bunu açıqlaya bilməz.

Teleqraf xəbər verir ki, o, təkliflərə Azərbacandan cavab gözlədiklərini deyib.

“Azərbaycanın cavabını aldıqdan sonra daha ətraflı təhlil aparılacaq, bunun iki səbəbi ola bilər: Azərbaycan razıdır və bunu ictimaiyyətə çatdırmaq lazımdır, yaxud Azərbaycan razı deyil, bu da bizə bunu ictimailəşdirmək üçün mənəvi hüquq verəcək”, - Paşinyan qeyd edib.