BAKI, 28 fevral. TELEQRAF
İqtisadiyyat naziri Mikayıl Cabbarov Xorvatiyaya səfəri çərçivəsində bu ölkənin Baş naziri Andrey Plenkoviçin qəbulunda olub.
Teleqraf xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Azərbaycan - Xorvatiya strateji tərəfdaşlığının və iqtisadi əməkdaşlığının gündəmində olan prioritetlər, ticarətin və qarşılıqlı investisiyaların artırılması, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də işgüzar əlaqələrin gücləndirilməsi imkanlarını nəzərdən keçirdik", -nazir qeyd edib.
