.jpg)
BAKI, 1 mart. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığında 1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib.
Nazirlikdən Teleqraf-a verilən məlumata görə, Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində əhalinin mülki müdafiəsinin təmin edilməsi sahəsində böyük uğurların əldə edildiyini bildiriblər. Bu sahədə ölkəmizdə son illər görülən işlər və qarşıda duran məsələlər barədə şəxsi heyətə geniş məlumat verilib.
Tədbirdə, həmçinin Mülki müdafiə qoşunlarının fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.