BAKI, 28 fevral. TELEQRAF

Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqi açıqlanıb.

Teleqraf xəbər verir ki, siyahını İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yayıb.

Qurumun “İxrac icmalı”nda qeyd edilir ki, 2025-ci ilin yanvar ayında hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər var:

“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan nümayəndəliyi – 8,9 milyon dollar, “LEPIN LM” Məhdud Məsuliyyətli Cəmiyyəti – 6,4 milyon dollar, “MKT İstehsalat Kommersiya” MMC - 5 milyon dollar, “6LSYSTEMS” MMC – 5 milyon dollar, “EXPORT STREAM” MMC- 4,2 milyon dollar, “Baku Steel Company” QSC – 3,7 milyon dollar, “Uytrop” MMC – 3,2 milyon dollar, “AGRARCO” MMC – 2,8 milyon dollar, “MİLK PRODUCTS” MMC – 2,7 milyon dollar, “KHAN-EL” MMC – 2,4 milyon dollar.

Diqqət çəkən məqam fərdi sahibkar Süleymanova Göhər Süleyman qızının siyahıya düşməməsidir. Ötən il dövlət qeydiyyatından keçmiş fərdi sahibkar G.Süleymanova 2024-cü ildə 51,8 milyon dollarlıq məhsul ixrac edərək ilk onluqda 5-ci yerdə qərarlaşmaşdı.