BAKI, 28 fevral. TELEQRAF
Danimarka polisi ölkənin kontinental hissəsində Jutland yarımadasında yerləşən Billund Hava Limanında üzərində partlayıcı maddələr olan 38 yaşlı rusiyalını həbs edib.
Teleqraf xəbər verir ki, bu barədə Danimarkanın hüquq-mühafizə orqanınları məlumat yayıblar.
Məlumatda deyilir: "Bu hadisə hava limanının işində böyük fasilələrə səbəb olub. Ərazinin boşaldılması ilə əlaqədar nəticədə iqtisadi itkilər olub, xüsusən, Billund Hava Limanına və bir sıra aviaşirkətlərə ziyan dəyib".