
BAKI, 28 fevral. TELEQRAF
"Prime Cotton" MMC 2025-ci ilin yanvarında 5 milyon dollar dəyərində məhsul ixrac edib.
Teleqraf.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"ına istinadən xəbər verir ki, MMC-nin ixracında ötən ilin eyni dövrü üzrə göstəricisi ilə müqayisədə təxminən 23,08% azalma olub.
Şirkət 2024-cü ildə 6,5 milyon dollar dəyərində məhsul ixrac etmişdi. 2025-ci ildə "Prime Cotton" MMC-nin ixracı 1,5 milyon dollar və ya 1,3 dəfə azalıb.
Qeyd edək ki, “Prime Cotton” Azərbaycanın qeyri-neft sektorunda 25 ildən çox fəaliyyət göstərir. Şirkət ötən il rebrendinq edərək adını “MKT İstehsalat Kommersiya”-dan "Prime Cotton"a dəyişib. Şirkətin əsas fəaliyyət istiqaməti ölkənin 20 pambıqçılıq rayonunun 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir. Şirkət məhsullarını əsasən Türkiyə, Rusiya və digər MDB ölkələrinə, eyni zamanda Avropa, Yaxın və Uzaq Şərq ölkələrinə ixrac edilir.