
BAKI, 28 fevral. TELEQRAF
"Uytrop" MMC 2025-ci ilin yanvarında 3,2 milyon dollar dəyərində məhsul ixrac edib.
Teleqraf İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"ına istinadən xəbər verir ki, MMC-nin ötən ilin eyni dövrü üzrə göstəricisi ilə müqayisədə təxminən 94.01% azalma olub.
Xatırladaq ki, şirkət 2024-cü ildə 53,4 milyon dollar dəyərində məhsul ixrac etmişdi. 2025-ci ildə "Uytrop" MMC-nin ixracı 50.2 milyon dollar və ya təxminən 16,7 dəfə azalıb. Bu göstərici ilə MMC qeyri-dövlət ixracatçı subyektlərinin ilk onluğunda ən çox gəlir itirən şirkət olub.