BAKI, 28 fevral. TELEQRAF

Cibuti, Uqanda, Cənubi Sudan və Efiopiya daxili regional əlaqələrin möhkəmləndirilməsi məqsədilə quru dəhlizi yaradacaq.

Teleqraf xəbər verir ki, bu barədə Efiopiyanın “ENA” dövlət xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, məsələ ilə bağlı nazirlərin görüşündən sonra anlaşma memorandumu imzalanıb.

Agentlik qeyd edib ki, memorandumun məqsədi iştirakçı ölkələri birləşdirən quru dəhlizinin yaradılması ilə regional inteqrasiyanın gücləndirilməsidir.