BAKI, 26 fevral. TELEQRAF

Bankların qeyri-işlək kreditlərinin həcmi artıb.

Teleqraf Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu il yanvarın 31-nə belə kreditlərin həcmi 1 ay əvvələ nisbətən 35,5 milyon manat artaraq 690,6 milyon manat olub.

Biznes kreditlərində 14,6 milyon manat artaraq 389,4 milyon manata, istehlak kreditlərində isə 20,9 milyon manat artaraq 267,2 milyon manata çatıb.

İstehlak kreditlərində isə rəqəm dəyişməyib – 34 milyon manat.

Qeyri-işlək portfelin cəmi portfeldə payı isə 0.1 faiz bəndi artaraq 2.5 faiz olub

Qeyri-işlək Kredit - faizinin hesablanması dayandırılmış, yaxud əsas məbləğinin və ya faizinin ödənişi müqavilədə nəzərdə tutulmuş müddətlərdən 90 gün və ya daha çox gecikdirilmiş, faizi kapitallaşdırılmış və ya yeni kredit kimi rəsmiləşdirilmiş, yaxud faizinin ödəniş müddəti uzadılmış kreditlər, habelə faizinin ödəniş müddəti 90 gün və ya daha çox gecikdirilmiş overdraflardır.