BAKI, 26 fevral. TELEQRAF

Burada həyat da var idi, ümid də... Ancaq Rusiya işğalı ilə hər şey dəyişdi. Ukrayna şəhərləri, əvvəllər canlı və hərəkətli olan küçələr indi xarabalıqlardan ibarətdir. Bombardmanlar və təcavüzkar hücumlar nəticəsində bu şəhərlər təkcə fiziki olaraq deyil, həm də mənəvi olaraq yaralanıb. İndi, bu divarlar, dağılan binalar və viran olmuş küçələr Ukraynanın bu faciəli tarixini əks etdirir.

Teleqraf həmin şəhərlərin fotolarını təqdim edir:

Dekabr, 2024-cü il. Donetsk vilayətinin Toretsk şəhərində Rusiyanın raket zərbəsi ilə dağıdılmış çoxmərtəbəli bina.

2022-ci ilin aprelində Mariupolda şəhərin atəşə tutulması nəticəsində həlak olmuş qızının məzarında ata.

Dekabr, 2023-cü il. Avdeevka rayonları, Rusiya işğalından bir qədər əvvəl.

Baxmut sakinləri şəhərin mərkəzində bombalanmış binanın yanından ərzaq almağa gedirlər.

2024-cü ilin yazında şiddətli döyüşlərdən sonra Volçansk.

Mart, 2024-cü il. Yerli sakinlər dağıdılmış evin həyətyanı sahəsində.

İyul, 2024-cü il. Çasovoy Yar şəhərinin şərq hissəsində, atəş nəticəsində dağıdılmış yaşayış evləri və Borisoqlebsk kilsəsi.

Toretsk sakinləri ərzaq yardımı üçün kupon növbəsində.