
BAKI, 26 fevral. TELEQRAF
Xəzər Boru Kəməri Konsorsiumu (CPC) 2025-ci ilin əvvəlindən Novorossiysk yaxınlığındakı dəniz terminalından ixrac üçün 9,8 milyon ton neft yükləyib.
Teleqraf "Tass"a istinadən xəbər verir ki, fevralın 23-ü tarixinə qədər Xəzər Boru Kəməri Konsorsiumu təniz teminalından 89 tankerlə 9,8 milyon ton neft ötürüb. 2024-cü ildə CPC Novorossiysk yaxınlığındakı dəniz terminalından ixrac daşınmalarını 0,7% azaldaraq, 63,01 milyon tona endirib. Bir il əvvəl tədarüklər rekord həddə - 63,47 milyon ton neft təşkil edib.
Hazırda konsorsiumun boru kəməri sistemi Qazaxıstandan ildə təxminən 72,5 milyon ton neft və Rusiya Federasiyası vasitəsilə ildə 83 milyon tona qədər neft nəql etmək gücündədir. 2024-cü ildə boru kəməri vasitəsilə ən böyük həcmdə neft Qazaxıstanın "Tengiz" (26,82 milyon ton), "Karachaganak" (9,82 milyon ton) və "Kaşagan" (17,21 milyon ton) yataqlarından nəql edilib.
CPC-dən verilən açıqlamaya görə, 2024-cü il üçün sistem vasitəsilə neftin nəqlindən əldə edilən gəlir 2,3 milyard dollar təşkil edib, dividendlər isə 1,3 milyard dollar təşkil edib.
Qeyd edək ki, CPC neft kəmərləri sistemi Xəzər regionundan dünya bazarlarına neft nəqli üçün ən böyük marşrutdur. Uzunluğu 1,5 min km olan magistral boru kəməri Qərbi Qazaxıstan yataqlarını Rusiyanın Qara dəniz sahilləri ilə birləşdirir, burada neft CPC dəniz terminalı vasitəsilə tankerlərə yüklənir. Konsorsiumun səhmdarları arasında Rusiya ("Transneft" vasitəsilə), Qazaxıstan ("KazMunayGas" vasitəsilə), "Chevron", "Lukoil", "ExxonMobil", "Rosneft" və "Shell" in birgə müəssisəsi var.