
BAKI, 26 fevral. TELEQRAF
Türkiyənin keçmiş xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlu Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar sosial media hesabında paylaşım edib.
Teleqraf xəbər verir ki, siyasətçi bunun bəşəriyyətə qarşı cinayət olduğunu yazıb.
“33 il əvvəl Xocalıda dünyanın gözü qarşısında insanlığa qarşı törədilmiş cinayəti unutmamışıq və unutmayacağıq. Xocalı şəhidlərimizi bir daha rəhmətlə yad edirik. Can Azərbaycanın dərdi bizim dərdimizdir”, - Çavuşoğlu bildirib.