
BAKI, 26 fevral. TELEQRAF
Milli Hidrometeorologiya Xidmətinin fevralın 26-sı saat 14:00-a olan məlumatına əsasən hazırda ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qax, Zaqatala, Quba, Qusar, Xaltan, Şabran, Xaçmazda eyni zamanda Abşeron yarımadasının bəzi yerlərində arabir qar yağır. Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyinin sürəti Laçında 21 m/s, Şahdağda 20 m/s, Daşkəsəndə 18 m/s, Kəlbəcərdə 17 m/s, Bakıda və Abşeron yarımadasında 16 m/s, Zaqatala, Şəki və Yardımlıda 15 m/s-dək güclənib Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 9, Naxçıvan MR-da 3 dərəcəyədək isti, dağlıq rayonlarda 8, yüksək dağlıq ərazilərdə 15 dərəcəyədək şaxta qeydə alınıb.