BAKI, 26 fevral. TELEQRAF

BOTAŞ fevralın 24-də 333,7 milyon kubmetr təbii qaz istehlakı ilə rekord qırıb.

Teleqraf xəbər verir ki, bu barədə şirkətin sosial media hesabında paylaşımda qeyd edilib.

Məlumatda bildirilir ki, bu göstərici indiyədək qeydə alınan ən yüksək təbii qaz istehlakı həcmidir.

Qeyd edək ki, BOTAŞ 1974-cü ildən fəaliyyət göstərir.